Tehranın Baharestan rayonunda ölənlərin sayı 15 nəfərə yüksəlib

2026/03/1774076489.jpg
Oxunub: 356     13:04     06 Aprel 2026    
Ötən gecə ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumları fonunda İranın Tehran vilayətinin Baharestan rayonunda ölənlərin sayı 15 nəfərə yüksəlib.

Ordu.az-ın məlumatına görə, bunu İranın Baharestan rayonunun qubernatoru Əbdülhəmid Şərəfi yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda xəstəxanada 7 yaralı müalicə olunmaqdadır. Qalan yaralılar isə ambulator müalicədən sonra buraxılıb.

Şərəfi bildirib ki, ABŞ və İsrailin hava hücumları nəticəsində 4 yaşayış binası tamamilə dağılıb və 40-dan çox mənzilə və minik avtomobillərinə ziyan dəyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tehran   Baharestan  


Bizi "telegram"da izləyin