Pakistan İran və ABŞ-yə döyüş əməliyyatlarının dayandırılması planını təqdim edib

2026/03/1774681005.jpg
Oxunub: 391     11:42     06 Aprel 2026    
Pakistan İran və ABŞ-a döyüş əməliyyatlarının dayandırılması planını təqdim edib.

Ordu.az-ın məlumatına görə, bu barədə "Reuters" agentliyi mənbəyə istinadən xəbər verir.

Onun sözlərinə görə, Pakistan döyüş əməliyyatlarının dayandırılmasına dair çərçivə sazişi hazırlayıb. Sazişdə dərhal atəşkəsin elan edilməsini və daha sonra hərtərəfli sazişin bağlanmasını nəzərdə tutan ikimərhələli yanaşma təqdim olunub.

"Bu gün bütün elementlər razılaşdırılmalıdır", - mənbə bildirib və qeyd edib ki, hərbi əməliyyatların dayandırılması Hörmüz boğazının dərhal açılmasına imkan verəcək.

Mənbə həmçinin deyib ki, ilkin razılaşma anlaşma memorandumu şəklində rəsmiləşdiriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   İran   ABŞ  


Bizi "telegram"da izləyin