İran Tehranın gecə bombardmanı nəticəsində altı uşağın öldüyünü açıqlayıb

2026/04/1775233137.jpg
Oxunub: 366     10:43     06 Aprel 2026    
İranın paytaxtında gecə hücumları nəticəsində altı uşaq həlak olub.

Ordu.az xəbər verir ki, bu barədə Tehranın Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat verib.

“Dünən axşam Tehranın bombardmanı nəticəsində yaşı 10-dan aşağı olan altı uşaq həlak olub”, - deyə İran paytaxtının Fövqəladə Halların İdarə Olunması Agentliyi bildirib.

Bundan əlavə, “Mehr” xəbər agentliyinin məlumatına görə, Tehranın cənub-şərqində yerləşən yaşayış binası çoxsaylı mərmilərin zərbəsi nəticəsində tamamilə dağılıb. Ən azı üç nəfər həlak olub, xilasedicilər isə dağıntılar altından yeddi sakini çıxararaq xəstəxanaya çatdırıblar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tehran   İran  


Bizi "telegram"da izləyin