Odessanın atəşə tutulması nəticəsində üç nəfər həlak olub

2026/03/1772911148.jpg
Oxunub: 428     09:01     06 Aprel 2026    
Gecə Odessaya edilən hücum nəticəsində biri uşaq olmaqla, üç nəfər ölüb.

Ordu.az xəbər verir ki, bu barədə Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak öz "Telegram" kanalında bildirib.

Onun sözlərinə görə, daha 10 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır.

Primorskda çoxmərtəbəli yaşayış kompleksi və yeddi fərdi ev zədələnib.

"Kiyevdə bir çoxmərtəbəli bina, beş fərdi ev, özəl məktəbəqədər təhsil müəssisəsi, mağaza və 27 avtomobil zərər çəkib", - o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Odessa   Ukrayna  


Bizi "telegram"da izləyin