Erməni vitse-spiker və İran səfiri regional inkişafları müzakirə ediblər

2026/04/1775563907.jpg
Oxunub: 409     13:43     03 Aprel 2026    
Ermənistan parlamentinin sədrinin müavini Ruben Rubinyan aprelin 3-də İran İslam Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Xəlil Şirğolamini qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, görüşdə Ermənistan ilə İran arasında münasibətlərə dair məsələlər müzakirə olunub. Tərəflər parlamentlərarası əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Qeyd edilib ki, həmsöhbətlər regional inkişaflar barədə fikir mübadiləsi aparıblar.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İran  


Bizi "telegram"da izləyin