Paşinyanla Metsamor sakini arasında dialoq: “Deyirsiniz qazdan ayağını çəkmə, amma döngə də var, niyə, Putinin yanında yaxşı qaz verdin?”

2026/04/Ekran-1775206752.jpg
Oxunub: 461     12:54     03 Aprel 2026    
“Əziz insanlar, elə olmur ki, deyirsiniz ayağını qazdan çəkmə, axı yolun sonunda döngə də var”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 2-də Araz icmasının Metsamor qəsəbəsində məktəbin həyətində erməni sakinlərlə görüş zamanı bildirib.

“Bəs necə, Putinin yanında yaxşı qaz verdin”, - deyə erməni sakinlərdən biri Paşinyana müraciət edib.

Cavab olaraq Paşinyan bildirib ki, bu, dostcasına söhbət idi və onun demək istədiyi odur ki, həmişə “qaza basmaq” lazım deyil, bəzən avtomobildə olduğu kimi “tormozdan” da istifadə etmək lazımdır.

“Siz avtomobil idarə edəndə ayağınız həmişə qazın üstündə olmur axı, bəzən tormoza basırsınız, bəzən sağa çəkilib dayanırsınız”, - deyə o qeyd edib.

Erməni sakinlər həmçinin kənd yolunun təmir olunmasını xahiş ediblər. Onlardan biri isə Üçmüədzində dializ mərkəzinin açılmasını istəyib.

Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyan cavab verərək bildirib: “Tibb mərkəzi tikinti mərhələsindədir, bu da həyata keçiriləcək”.


Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin