İranın cənubuna endirilən aviazərbə nəticəsində humanitar yardım olan konteynerlər məhv edilib

2026/03/1773515266.jpg
Oxunub: 550     12:22     03 Aprel 2026    
İranın cənubundakı Buşehr vilayətində İranın Qırmızı Aypara Cəmiyyətinin ofisinə endirilən aviazərbə nəticəsində humanitar yardım olan iki konteyner məhv edilib.

Ordu.az xəbər verir ki, bu barədə cəmiyyətin “Telegram” kanalında yayılan bəyanatda bildirilib.

“Zərbə aprelin 3-də yerli vaxtla saat təxminən 05:00-da Buşehr vilayətinin Çoğadak rayonunda endirilib. Humanitar yardımın daşınması üçün istifadə olunan iki təkərli konteyner, həmçinin bir avtobus və bir xilasetmə avtomobili məhv edilib”, - deyə bəyanatda qeyd olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin