Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, həmin ərazidə partlayış baş verib, nəticədə 29 yaşlı erməni hərbi qulluqçu ölüb, 39 yaşlı digər erməni hərbi qulluqçu isə bədən xəsarətləri alaraq hərbi hospitala aparılıb.
Hadisə ilə bağlı Ermənistan İstintaq Komitəsinin hərbi istintaq baş idarəsinin qarnizon istintaq idarəsində cinayət işi başlanıb, ölən və yaralanan şəxslərin kimliyi, həmçinin hadisənin başvermə şəraiti araşdırılır.
Alpər Mövludoğlu
Ordu.az