Azərbaycanlı hərbçilər Heydər Əliyev-2026 təlimində iştirak üçün Türkiyəyə gediblər

2026/04/1775149055.jpg
Oxunub: 478     20:33     02 Aprel 2026    
Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun birlikləri Heydər Əliyev-2026 təlimində iştirak etmək üçün Türkiyəyə səfər edib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "X"dəki hesabında məlumat yayılıb.

"14-cü Mexanikləşdirilmiş Piyada Briqadası Komandanlığı ilə keçiriləcək Heydər Əliyev-2026 təliminə qatılacaq Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun birlikləri ölkəmizə gəlib", - məlumatda bildirilib.

Qeyd olunub ki, Türkiyənin 5-ci Sərhəd Briqadası Komandanlığının şəxsi heyəti Umid körpüsündə azərbaycanlı hərbçiləri qarşılayıb və bayraq mübadiləsi mərasimi icra edilib.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Türkiyə  


Bizi "telegram"da izləyin