“Ermənistan Rusiyadan benzin idxalı ilə bağlı problem yaşamayıb” - Paşinyan

2026/04/1775133982.jpg
Oxunub: 357     16:44     02 Aprel 2026    
“Mənə hələ Rusiyadan benzin idxalı ilə bağlı problemlərin yarandığı barədə məlumat verilməyib”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün jurnalistlərlə söhbətində Rusiya hakimiyyətinin benzin ixracını dayandırmaq qərarını şərh edərkən deyib.

O vurğulayıb ki, Ermənistan bazarı bu cür ssenariyə az-çox hazırdır. “Biz son aylarda Ermənistanda əlavə qiymət artımına səbəb olan inhisarları aradan qaldırmışıq, həmçinin alternativ idxal bazarları əldə etmişik. Rusiya hakimiyyətinin qərarının detalları barədə məlumatım yoxdur”, - deyə Paşinyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Rusiya  


Bizi "telegram"da izləyin