“Rusiya ilə münasibətlər daim 2021 və 2022-ci illərin səviyyəsində qalmamalıdır” - Paşinyan

2026/04/1775133728.jpg
Oxunub: 375     16:36     02 Aprel 2026    
“Rusiya ilə münasibətlərimizin geniş gündəliyi və böyük potensialı var, irəli baxmaq lazımdır”.

Ordu.az xəbər verir ki, bunu bu gün jurnalistlərlə söhbətində Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Bəli, 2021 və 2022-ci illər olub, lakin biz daim həmin nöqtədə qalmamalıyıq”, - deyə o qeyd edib.

Paşinyanın sözlərinə görə, bu məsələdə hər kəsin öz həqiqəti var.

“Düşünürəm ki, biz kifayət qədər ölçüb-biçmişik və müəyyən nəticələrə gəlmişik, bu nəticələri qarşılıqlı hörmət mühitində bir-birimizlə bölüşmüşük”, - deyə o qeyd edib.

Paşinyan bildirib ki, KTMT çərçivəsində əməkdaşlığa qayıdış baxımından müsbət dəyişikliklər gözləmək real deyil.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Rusiya  


Bizi "telegram"da izləyin