Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Nümayəndə heyətinə Ermənistan parlamentinin sədrinin müavini Ruben Rubinyan rəhbərlik edəcək. Müvafiq sərəncam Ermənistan parlamentinin sədri Alen Simonyan tərəfindən imzalanıb.
Nümayəndə heyətinin tərkibinə “Ermənistan” fraksiyasından deputatlar Armen Gevorqyan və Armen Rustamyan, “Vətəndaş Müqaviləsi” partiyasından Sona Qazaryan, Arusyak Culhakyan, Hripsime Qriqoryan, “Şərəfim Var” fraksiyasından isə Hayk Mamicanyan, həmçinin parlament aparatının Xarici əlaqələr idarəsinin parlamentlərarası əlaqələr və Avropa inteqrasiyası şöbəsinin baş mütəxəssisi Alvina Santrosyan daxildir.
Alpər Mövludoğlu
Ordu.az