Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün jurnalistlərlə söhbətində bildirib.
O qeyd edib ki, bu məsələ Rusiyada ətraflı müzakirə olunub və müzakirələr davam etdiriləcək.
Paşinyanın sözlərinə görə, mövcud şəraitdə Ermənistan öz rəqabət üstünlüklərini itirir. “Bizim problemimiz bir cümlə ilə ifadə olunur: Ermənistan bu şəraitdə öz potensial rəqabət üstünlüklərini itirir”, - deyə Paşinyan qeyd edib.
O vurğulayıb ki, Ermənistanın Rusiya ilə nəinki problemi yoxdur, əksinə, İrəvan Moskva ilə dostluq münasibətlərini yüksək qiymətləndirir və onun maraqlarına zərər vurmaq istəmir. “Lakin digər tərəfdən, mövcud vəziyyət rəqabət üstünlüklərimizdən istifadə etməyə imkan vermir. Biz birlikdə həll yolları tapmalıyıq”, - deyə Paşinyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az