Ermənistanın sabiq XİN rəhbəri: “Putinin ön sözü əslində Paşinyan barədə hökm idi”

2026/03/1774766814.jpg
Oxunub: 426     15:33     02 Aprel 2026    
“Putinin ön sözü əslində Nikol Paşinyan barədə hökm idi”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan yazıb.

“Ötən gün Moskvada Nikol Paşinyanla Vladimir Putin arasında keçirilən görüş məzmun baxımından adi rəsmi görüş deyildi. Putin diqqətlə hesablanmış ictimai çıxışında həm diplomatik, həm də siyasi baxımdan dağıdıcı mesaj verdi. Ermənistanın iqtisadi əlaqələrinə, təhlükəsizlik məsələlərinə toxunaraq, Qarabağı xatırladaraq, Paşinyanın Avropa İttifaqı ilə münasibətlərə dair qeyri-real gözləntilərinə və hətta qarşıdan gələn seçkilərə eyham vuraraq, o, sadəcə ikitərəfli münasibətləri və regional problemləri ümumiləşdirmirdi, o, Ermənistanın nəyi olub, nəyi itirib və hələ nəyi itirə biləcəyi arasında aydın qarşıdurma ortaya qoyurdu”, - deyə o qeyd edib.

Oskanyan bildirib ki, Putinin ön sözü, əslində, Paşinyan barədə hökm idi.

“Diplomatik ifadələri kənara qoysaq, mesaj aydın idi: siz nə etdiyinizi anlamırsınız, yanlış yoldasınız və bu cür davam etsəniz, erməni xalqına indiyədək vurduğunuz zərərdən qat-qat böyük zərər vuracaqsınız.

Bir anlıq belə gözlədim ki, Putin Paşinyandan onun pencəyinin sinə hissəsində nə gəzdirdiyini soruşacaq. Guya bu, Ermənistanın xəritəsidir. Paşinyan bu xəritəni Qarabağ məsələsinin bağlandığını vurğulamaq üçün taxır. Amma kim sinəsində xəritə gəzdirir? Kimsə başqa bir ölkə rəhbərinin belə etdiyini görübmü? Bayraq, bəli, amma xəritə? Təsəvvür edin ki, Putin beynəlxalq görüşlərdə Donbası da əhatə edən Rusiya xəritəsini üzərində gəzdirsin.

Mənim fikrimcə, Paşinyanın bu simvolla vermək istədiyi mesaj əks təsir yaradır. Onun sinəsindəki bu xəritə erməni xalqı üçün daimi xatırlatmaya çevrilir ki, Qarabağ məhz onun hakimiyyəti dövründə, onun kobud səhvləri nəticəsində itirilib.

Üstəlik, ölkə rəhbərinin öz təsəvvüründəki xəritəni sinəsində gəzdirməsi başqa bir daxili inamsızlığı da göstərir, sanki həmin ərazi də sabit və qorunan deyil, itirilə bilər və buna görə onu sinəyə yapışdırmaqla həm özünü, həm də qarşı tərəfi inandırmağa çalışır ki, heç olmasa bunu qoruyub saxlaya bilər. Çünki haqlı olaraq bundan da necə qorumağı bilmədiyindən ehtiyat edir”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistanın   Oskanyan  


Bizi "telegram"da izləyin