Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Erməni jurnalist müxtəlif tədbirlər zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən onun fəaliyyətinə maneələr törədilməsi ilə bağlı sual verib. “Mən dəfələrlə öz gözlərimlə görmüşəm ki, siz, üzr istəyirəm, necə Dövlət Mühafizə Xidməti (DMX) əməkdaşlarının ayaqları altına düşürsünüz. Onlar öz xidmətlərini yerinə yetirirlər, siz isə mənim fikrimcə qəsdən onların ayaqları altına düşürsünüz ki, üzərinizdən keçsinlər. Mən həmkarlarımıza təşəkkür edirəm ki, sizin üzərinizdən keçmirlər. Sualınızı verdiniz, indi susun, yoxsa sizi buradan çıxaracaqlar. Elə indi susun”, - deyə o, yüksək tonla bildirib.
Paşinyanın sözlərinə görə, jurnalist qəsdən yerə uzanıb ki, hüquq-mühafizə orqanlarının əməkdaşları onun üzərindən keçə bilsin.
Erməni jurnalist ona xatırladıb ki, o özü də etiraz aksiyaları zamanı avtobusların altına uzanırdı. Buna cavab olaraq Paşinyan bildirib ki, jurnalist də uzanmazdan əvvəl bunu elan etməlidir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları onun üzərindən keçsin.
Alpər Mövludoğlu
Ordu.az