Ordu.az xəbər verir ki, bu barədə bu gün jurnalistlərlə söhbətində Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
Onun sözlərinə görə, ölkənin ölçüləri və Rusiya prezidentinin hər gün qarşılaşdığı gündəlik məsələlər nəzərə alınarsa, o, istəsə belə bu cür detallara varmaq imkanına malik deyil. “Rusiya Federasiyası prezidentinin gündəliyini təsəvvür edirsiniz... o, həm də beynəlxalq gündəmin əsas fiqurlarından biridir. Yəni o, Ermənistanın Konstitusiyasını və qanunlarını detallı şəkildə öyrənməli idi? Əlbəttə ki, yox. Ona ümumi məlumat verilməli idi. Mən sadəcə bildirdim ki, belə bir incəlik var”, - deyə Paşinyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az