Erməni deputat: “Seçkilər Azərbaycanın istədiyi kimi keçməsə, müharibə başlaya bilər”

2026/04/Ekran-1775126700.jpg
Oxunub: 399     14:36     02 Aprel 2026    
“Aprel döyüşləri üzrə istintaq komissiyasının hesabatı hakimiyyət tərəfindən bu günə qədər dərc olunmayıb, həmçinin 44 günlük müharibənin analizi və hesabatı da hazırlanmayıb”.

Ordu.az xəbər verir ki, bunu “Yerablur”da jurnalistlərlə söhbətində Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Artur Xaçatryan deyib.

Onun sözlərinə görə, hesabatın mövcudluğu ilə bağlı iddialar həqiqətə uyğun deyil: “Komissiyanın 11 üzvündən cəmi dördü sənədi imzalayıb, buna görə də bu hakimiyyət hətta həmin hesabatı belə hazırlaya bilməyib”.

Xaçatryan bildirib ki, hakimiyyət bütün məğlubiyyətləri gizlədir və sənədləri dərc etmir: “Hətta məxfi olmayan hissələri belə açıqlamırlar ki, ictimaiyyət oxuya, müqayisə edə və 2016-cı ildə nə baş verdiyini, 2020-ci ildə nə baş verdiyini görə bilməsin”.

O qeyd edib ki, hakimiyyətin əvvəlki bəyanatları ilə indiki mövqeyi ziddiyyət təşkil edir: “Vaxtilə deyilirdi ki, müharibə bir və ya iki rayonun və ya şəhərin ələ keçirilməsi ilə bitə bilər. Bu gün isə eyni siyasi qüvvə bildirir ki, “Qarabağ hərəkatı” (erməni separatizmi-red.) artıq mövcud deyil və bu hərəkat Ermənistan üçün məğlubiyyət olub”.

Erməni deputatın sözlərinə görə, hazırda Qarabağ Azərbaycanın nəzarəti altındadır, lakin Ermənistan müstəqil deyil: “Hətta deyirlər ki, seçkilər Azərbaycanın istədiyi kimi keçməsə, müharibə başlaya bilər. Məhz bu siyasət Azərbaycanın hərəkət imkanlarını genişləndirdi”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xaçatryan   Ermənistan  


Bizi "telegram"da izləyin