Kəlbəcərə yeni köçürülən sakinlərə mənzillərin açarları təqdim edilib - YENİLƏNİB

2026/04/Ekran-1775132139.jpg
Oxunub: 744     15:50     02 Aprel 2026    
Yola salınan növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb, sakinlərə mənzillərin açarları təqdim olunub.

Ordu.az xəbər verir ki, açarların təqdim olunması mərasimində Prezidentin xüsusi nümayəndəliyi, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.

Bu mərhələdə şəhərə Bakı və Gəncə şəhərləri, həmçinin ölkənin bölgələrindən 27 ailə (113 nəfər) köçürülüb. Sakinlər arasında 16 təqaüdçü, 3 azyaşlı, 25 şagird və 3 müharibə veteranı da yer alır. Bununla da Kəlbəcərin I yaşayış məhəlləsində birinci mərhələ üzrə ümumilikdə 162 (680 nəfər) ailənin qayıdışı təmin olunub.

***

Kəlbəcər şəhərinə yola salınan köç karvanı mənzil başına çatıb.

Ordu.az-ın məlumatına görə, bu gün səhər saatlarında Tərtər rayonundan yola düşən 27 ailə Kəlbəcər şəhərinə çatıb.

Mənzil başına çatan ailələrə evlərinin açarları təqdim olunacaq.

***

Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb.

Ordu.az xəbər verir ki, bu mərhələdə Kəlbəcər şəhərinə 27 ailə (113 nəfər) köçürülür.

Kəlbəcərə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kəlbəcər   Köç  


Bizi "telegram"da izləyin