Ordu.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı bildirib.
“İsrail tərəfindən sulara, o cümlədən ticarətə və yüklərin daşınmasına yönələn təhdidlər bizim üçün qəbuledilməzdir və dərin əminliyimizə görə, bütün sahilyanı dövlətlərin ən sərt qınamasına layiqdir”, - deyə Zaxarova qeyd edib.
Daha əvvəl martın ortalarında ABŞ və İsrail Xəzər dənizi sahilində yerləşən Bandar-Ənzəli İran limanına raket zərbəsi endirib. Hücum liman infrastrukturuna və logistika obyektlərinə ciddi ziyan vurub.
Bundan əlavə, martın 18-də İsrail Müdafiə Qüvvələri “Aslanın Nəriltisi” əməliyyatı çərçivəsində İsrail Hərbi Hava Qüvvələrinin ilk dəfə İranın şimalında yerləşən hədəflərə zərbələr endirməyə başladığını bildirib.
Sevinc Əliyeva
Ordu.az