“Reuters”: ABŞ vitse-prezidenti çərşənbə axşamına qədər vasitəçilərlə İranla bağlı münaqişəni müzakirə edib

2026/02/1770182104.jpg
Oxunub: 402     20:34     01 Aprel 2026    
ABŞ vitse-prezidenti Cey Di Vens çərşənbə axşamı da daxil olmaqla Pakistan vasitəsilə fəaliyyət göstərən vasitəçilərlə İran ətrafında münaqişə ilə bağlı əlaqə saxlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Reuters” agentliyinə məsələ ilə tanış mənbə bildirib ki, Vens münaqişənin başa çatdırılmasına yönəlmiş səylərdə daha fəal rol oynayır.

Mənbənin sözlərinə görə, prezident Donald Trampın tapşırığı ilə Vens xüsusi siqnal ötürərək bildirib ki, Tramp ABŞ-nin bəzi tələbləri yerinə yetiriləcəyi halda, o cümlədən Hörmüz boğazının yenidən açılması şərti ilə atəşkəsə hazırdır.

Vens həmçinin “sərt mesaj” ötürərək Trampın səbirsiz olduğunu qeyd edib və Tehran razılığa gəlməzsə, İranın infrastrukturuna təzyiqin artacağı barədə xəbərdarlıq edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin