ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı qrupunu göndərib

2026/04/1775057112.jpg
Oxunub: 544     19:25     01 Aprel 2026    
ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı qrupunu göndərib.

Ordu.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Nəşrə görə, söhbət USS “George H.W. Bush” gəmisindən gedir.

Gəmi martın 31-də Virciniya ştatının “Norfolk” hərbi dəniz bazasından yola düşüb və bir neçə həftə ərzində regiona çatacağı gözlənilir.

Məlumata əsasən, bu aviadaşıyıcı USS “Abraham Lincoln” və USS “Gerald R. Ford” qruplarına qoşulacaq. Hazırda birincisi Ərəbistan dənizində, ikincisi isə Xorvatiyada yerləşir.

Qeyd olunur ki, üçüncü aviadaşıyıcının göndərilməsi ABŞ-nin regionda hərbi qüvvələrini artırması və İranla bağlı mümkün əməliyyatları müzakirə etməsi fonunda baş verir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Yaxın-Şərq  


Bizi "telegram"da izləyin