Ordu.az xəbər verir ki, bunu amerikalı iqtisadçı və Kolumbiya Universitetinin Davamlı İnkişaf Mərkəzinin direktoru Ceffri Saks deyib.
Onun sözlərinə görə, Vaşinqton 1945-ci ildən etibarən Avropada hərbi mövcudluğunu qoruyur və bu gün də davam etdirir.
Saks bildirib ki, ABŞ necə Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-ni qoruyursa, Avropanı eyni şəkildə “qoruyur”.
İqtisadçı qeyd edib ki, ABŞ Avropada hərbi bazalar saxlayır və kəşfiyyat fəaliyyəti aparır.
Onun fikrincə, ABŞ-nin NATO-dan çıxması Avropa üçün daha yaxşı nəticə verə bilər, çünki alyansın yaradılma səbəbi olan Sovet İttifaqı artıq mövcud deyil və Rusiyanın regiona hücum planı yoxdur.
Sevinc Əliyeva
Ordu.az