Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
“Bu səbəbdən müdafiə sənayesi bir millətin döyüş qabiliyyətini, dayanıqlılığını və davamlılığını birbaşa əks etdirən strateji güc sahəsinə çevrilib”, - deyə o qeyd edib.
ROKETSAN tərəfindən təşkil olunan “Strateji İş Tərəfdaşlığı Zirvəsi” Ankarada keçirilib.
Görgün tədbirin açılışında çıxış edərək bildirib ki, strateji iş tərəfdaşlığı anlayışını əsas podratçı ilə təchizatçı arasında münasibətləri əhatə edən, korporativ inkişafı, texnologiya əldə edilməsini və insan resurslarının dəyərini özündə birləşdirən kompleks bir struktur kimi qiymətləndirirlər.
Yerli və milli imkanların gücləndirilməsinin milli təhlükəsizlik baxımından həyati əhəmiyyət daşıdığını vurğulayan Görgün qeyd edib ki, ROKETSAN-ın təchizat ekosistemi ilə inkişaf edən dayanıqlılığı sektor üçün nümunədir.
Görgün bildirib ki, bu gün ölkələr döyüş meydanına platformalarını, sursatlarını, logistika imkanlarını və sənaye ekosistemlərini birlikdə gətirirlər. “Bu səbəbdən müdafiə sənayesi bir millətin döyüş qabiliyyətini, dayanıqlılığını və davamlılığını birbaşa əks etdirən strateji güc sahəsinə çevrilib”, - deyə o vurğulayıb.
Döyüş meydanının köklü dəyişiklik mərhələsində olduğunu qeyd edən Görgün bildirib ki, yeni nəsil əməliyyat mühiti quru, hava, dəniz, kiber və kosmos sahələrinin inteqrasiya olunduğu çoxsahəli struktur əsasında formalaşır.
Görgün çıxışını belə davam etdirib:
“Kosmos əsaslı imkanlar rabitə, kəşfiyyat-müşahidə, mövqe müəyyənləşdirmə və zaman sinxronizasiyası sahələrində yaratdığı üstünlüklərlə qərarvermə prosesini sürətləndirir və bölmələr arasında koordinasiyanı gücləndirir. Bu çərçivədə görüntüləmə, erkən xəbərdarlıq və rabitə sahələrində kosmosdan səmərəli istifadə, həmçinin GNSS-dən asılı olmayan milli mövqe müəyyənləşdirmə sistemlərinin hazırlanması strateji prioritetlər sırasındadır. Döyüş meydanında artan temp və istehlak sürəti aşağı xərcli, tez istehsal edilə bilən və asanlıqla əvəz edilə bilən sursat və platformaları yeni döyüş anlayışının əsas elementlərinə çevirir”.
“Sahədə fəaliyyət göstərən şirkətlərimizin vaxtı keçmiş 1 manat borcu yoxdur”
Haluk Görgün sektor şirkətlərinin maliyyə resurslarına çıxışını asanlaşdırmaq üçün görülən tədbirlərə də toxunaraq bildirib:
“Komitə olaraq, xüsusilə imzalanmış layihələr və bu layihələr çərçivəsində prosesləri tamamlanmış, ödəniş şərtləri və müddətləri çatmış bütün işlərin ödənişlərini gecikdirmədən, ilk növbədə əsas podratçılarımız olmaqla, bütün ödənişləri həftəlik qiymətləndirmə iclasları ilə həyata keçirdiyimizi bir daha vurğulamaq istəyirəm. Bu gün əsas podratçılarımızın Müdafiə Sənayesini Dəstəkləmə Fondu çərçivəsində olan və maliyyəsi həmin fond tərəfindən təmin edilən layihələri üzrə vaxtı keçmiş sıfır manat alacağı var. Bu gün, ROKETSAN da daxil olmaqla, bütün əsas podratçılarımızın və birbaşa işləyən bütün şirkətlərimizin vaxtı keçmiş 1 manat alacağı yoxdur”.
Görgün qeyd edib ki, gənc və təhsilli əhalinin enerjisini innovasiya potensialına çevirmək məqsədilə “Milli Bacarıq Təşəbbüsü” proqramı həyata keçirilir.
O, həmçinin vurğulayıb ki, müdafiə sənayesi arxitekturası döyüş meydanından daxil olan real vaxtlı geri bildirişlər əsasında formalaşır və daha diqqətli, intizamlı və maliyyə baxımından səmərəli fəaliyyət prinsipi ilə Türkiyənin strateji gücünün artırılması davam etdiriləcək.
Sevinc Əliyeva
Ordu.az