Ordu.az xəbər verir ki, tələblər dörd maddədən ibarətdir:
“1. Təcavüz və terror fəaliyyətlərinin tam və qəti dayandırılması, 2. Təcavüz və müharibənin təkrarının qarşısını almaq üçün obyektiv və etibarlı təminatların verilməsi, 3. Maddi və mənəvi ziyanın tam ödənilməsi, 4. Hörmüz boğazında beynəlxalq dəniz təhlükəsizliyinin qorunması məqsədilə İranın səlahiyyətlərinə hörmət edilməsi”, - deyə diplomat bildirib.
“Vasitəçilərin rolunu və səylərini yüksək qiymətləndirərək hesab edirik ki, sülh yalnız bu öhdəliklərin yerinə yetirilməsindən asılıdır”, - deyə Cəlali vurğulayıb.
Onun sözlərinə görə, “İran İslam Respublikası regionda sabitlik və təhlükəsizliyin təmin olunmasına yönəlmiş bütün konstruktiv və səmimi təşəbbüsləri həmişə alqışlayıb”.
“Bununla belə, ədalətli sülhə və atəşkəsin davamlı olmasına yönəlmiş istənilən təşəbbüs və ya plan mövcud reallıqları nəzərə almalı və bu hüquqi-siyasi şərtlərə əməl etməlidir”, - deyə o qeyd edib.
Cəlali əlavə edib ki, “İran təhlükə mənbəyi tam aradan qaldırılana qədər özünümüdafiə hüququnu həyata keçirməyə davam edəcək”.
“Partnyorlarla məsləhətləşmələrə gəldikdə isə, Tehran diplomatik gündəliyinə həmişə fikir mübadiləsini və strateji müttəfiqləri, o cümlədən Rusiya ilə fəaliyyətlərin əlaqələndirilməsini daxil edir”, - deyə o əlavə edib.
Sevinc Əliyeva
Ordu.az