SEPAH “Həqiqi vəd - 4” əməliyyatının 89-cu dalğası zamanı təxminən 100 ağır raketin tətbiq edildiyini açıqlayıb

2026/03/1774292326.jpg
Oxunub: 446     16:32     01 Aprel 2026    
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib ki, “Həqiqi vəd - 4” əməliyyatının 89-cu dalğası zamanı (“Ya Musa Kəlimullah” kod adı ilə) 100-dən çox ağır raket tətbiq edilib.

Ordu.az xəbər verir ki, bu barədə Pars Today məlumat yayıb.

SEPAH-ın açıqlamasına görə, bu mərhələdə ABŞ və İsrailə məxsus obyektlər hədəfə alınıb. Əməliyyat Qərbi Asiyanın bütün regionunu və İsrailin şimalından cənubuna qədər olan ərazini əhatə edib. Min kilometrlik radiusda zərbə məqsədli pilotsuz uçuş aparatları və 200 raket tətbiq olunub.

“Bu kombinə edilmiş əməliyyatlar Yəmənin islam müqavimət qüvvələrinin döyüşçülərinin xatirəsinə həsr olunub. Eylat, Tel-Əviv və Bney-Brak şəhərlərindəki obyektlər, eləcə də sionist rejimin hərbi məntəqələri və qoşun yığımları hədəfə alınıb. Yerli mənbələrin məlumatına görə, qarşı tərəf ağır itkilər verib. Əməliyyat çərçivəsində Bəhreyndə yerləşən ABŞ-nin terrorçu qüvvələrinin bölməsinə dəqiq zərbə endirilib (orada 80 nəfər olub). Bundan əlavə, “Əl-Udeyd” bazasında yerləşən ABŞ-nin helikopter qrupuna ballistik raketlərlə zərbə endirilib, nəticədə bir helikopter məhv edilib, digərləri isə ciddi zədələnib”, - deyə SEPAH-ın bəyanatında bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SEPAH   İran  


Bizi "telegram"da izləyin