Ordu.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Fransanın silahlı qüvvələr nazirinin müavini Alis Rufo Parisdə keçirilən "War&Peace" konfransında bildirib.
"Biz indoneziyalılarla həmrəyliyimizi ifadə etdik. Tamamilə qəbuledilməz hədə-qorxuya məruz qalan əsgərlərimizə həmrəylik mesajı göndərmək istəyirəm", - o qeyd edib.
Bununla belə, nazir müavini təhdidlərin kim tərəfindən edildiyini dəqiqləşdirməyib.
Daha əvvəl İndoneziya BMT-ni Livanın cənubunda İsrailin zərbələri nəticəsində UNIFIL-in tərkibindəki üç sülhməramlısının ölümünü araşdırmağa çağırıb.
Ordu.az