SAXAL “Hizbullah” komandirlərindən birinin öldürüldüyünü açıqlayıb

2026/03/1773938951.jpg
Oxunub: 578     14:52     01 Aprel 2026    
İsrail Müdafiə Qüvvələri (SAXAL) bildirib ki, ötən gün Beyrutda İsrailin Hərbi Dəniz Qüvvələrinin endirdiyi zərbə nəticəsində “Hizbullah” hərəkatının Cənub cəbhəsinin komandiri öldürülüb.

Ordu.az xəbər verir ki, o, Livanın cənubunda hərbi fəaliyyətə cavabdeh olub.

Məlumata görə, Livanın paytaxtına endirilən zərbə nəticəsində Hacı Yusif İsmayıl Haşim öldürülüb. Bildirilir ki, o, 2024-cü ilin sentyabrında əvvəlki komandir Əli Kərəkini əvəz edib. Əli Kərəki isə “Hizbullah”ın lideri Həsən Nəsrullah ilə birlikdə İsrail zərbəsi nəticəsində öldürülmüşdü.

SAXAL-ın iddiasına görə, Haşim “40 ildən artıq təcrübəyə malik yüksək rütbəli komandir və təşkilatda əsas fiqurlardan biri olub”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Hizbullah  


Bizi "telegram"da izləyin