“SEPAH Səudiyyə Ərəbistanının “Əl-Xarc” aviabazasında amerikalı pilotların yerləşdiyi obyektə zərbə endirib” - General Musəvi

2026/03/1774631199.jpg
Oxunub: 620     14:19     01 Aprel 2026    
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun aerokosmik qüvvələrinin komandanı, briqada generalı Məcid Musəvi bildirib ki, onun qüvvələri pilotsuz uçuş aparatları və raketlərdən istifadə edərək Səudiyyə Ərəbistanının “Əl-Xarc” aviabazasında amerikalı pilotların və uçuş heyətinin yerləşdiyi obyektlərə zərbə endirib.

Ordu.az xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.

Onun sözlərinə görə, hücum təxminən 200 nəfərlik heyətin toplandığı məntəqəni hədəf alıb.

Briqada generalı Məcid Musəvi “X” sosial şəbəkəsində yazıb ki, amerikalı uçuş heyətinin toplaşdığı əraziyə uğurlu hücum həyata keçirilib.

O qeyd edib: “Bu gün biz pilotsuz uçuş aparatları və raketlərdən istifadə edərək Səudiyyə Ərəbistanının “Əl-Xarc” bazasında amerikalı pilotların və uçuş heyəti üzvlərinin yerləşdiyi obyektlərə zərbə endirdik və nəticədə 200 nəfər zərər görüb. İndi AWACS sisteminə məxsus təyyarələrə, yanacaqdaşıyan vasitələrə və yanacaq anbarlarına endirilən zərbələrə əlavə olaraq, Tramp və Heqsetin itkilər siyahısına uçuş heyəti arasında baş verən itkilər də əlavə olunub”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SEPAH   ABŞ   İran  


Bizi "telegram"da izləyin