Ordu.az xəbər verir ki, bu, Qalibafın ABŞ dövlət katibi Marko Rubionun açıqlamasına cavabı olub.
Qalibaf “X” sosial şəbəkəsindəki səhifəsində yazıb ki, silahlanmaya çəkilən xərclər olmasaydı, ABŞ “48 saat ərzində ölkəyə daxil olub bütün neft yataqlarını ələ keçirə, israilliləri ən yaxşı silahlarla təmin edə və ölkədə çoxsaylı yeni “Qəzza zolaqları” yarada bilərdi”.
Rubio isə bildirmişdi: “Təsəvvür edin ki, İran silaha milyardlarla vəsait xərcləmək əvəzinə bu pulları xalqına sərf etsəydi, nə olardı. O zaman tamamilə fərqli bir ölkə olardı”.
Qalibaf bu ssenarini rədd edərək onu “Amerika arzusu” adlandırıb və bunun heç vaxt gerçəkləşməyəcəyini vurğulayıb.
“Bu çox gözəl olardı... O zaman biz daxil olub 48 saat ərzində onların bütün neft yataqlarını ələ keçirərdik, israilliləri ən yaxşı silahlarla təmin edərdik və çoxsaylı yeni “Qəzza zolaqları” yaradardıq. Əsl “Amerika arzusu”. Heç vaxt”, - deyə o qeyd edib.
Sevinc Əliyeva
Ordu.az