Erməni ekspert: “Ermənistanın taleyi harada müəyyən olunacaq?”

2026/04/1775037217.jpg
Oxunub: 383     14:29     03 Aprel 2026    
“Ermənistanın taleyi harada müəyyən olunacaq? Hər hansı uzaq bir ölkənin paytaxtından (istər Moskva, istər Vaşinqton, istər Brüssel, istərsə də Ermənistanla əlaqəsi olmayan istənilən başqa şəhərdən) demək çox asandır ki, iyunun 7-də keçiriləcək seçkilər Qafqazın taleyini, bu və ya digər böyük gücün təsir səviyyəsini müəyyən edəcək və s.”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Alternativ layihələr” qrupunun üzvü, erməni Vahe Hovhannisyan bildirib.

Onun sözlərinə görə, bu, son dərəcə təhlükəli yanaşmadır və aparıcı qüvvələr buna sərt reaksiya verməlidir.

“Ermənistanı xarici oyunların sınaq meydanına çevirmək, bugünkü təhlükəli vəziyyətdə bizi geosiyasi oyuncağa döndərmək olmaz.

İyunun 7-də keçiriləcək seçkilər yalnız Ermənistan daxilində baş verən seçkilərdir. Bu seçkilərin nəticəsində biz ölkəmizdə pozulmuş daxili tarazlığı bərpa etməli, dövlət sistemində sağlam düşüncənin geri qayıtmasına nail olmalı, daxili həmrəylik və birgəyaşayış üçün yeni qaydalar yaratmalı, təmin olunmuş sülhə nail olmalı və ölkəni inkişaf yoluna çıxarmalıyıq. Bu seçkilərin məqsədləri məhz bunlardır”, - deyə Hovhannisyan qeyd edib.

Hovhannisyan bildirib ki, Ermənistanın taleyi nə Moskvada, nə Vaşinqtonda, nə Brüsseldə, nə də başqa bir yerdə müəyyən olunmur.

“Əgər paytaxt səviyyəsində dəqiqlik istəyiriksə, o zaman Ermənistanın taleyi ya İrəvanda, ya da Bakıda müəyyən olunacaq. Və iyunun 7-də keçiriləcək seçkilər məhz bununla bağlıdır”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hovhannisyan  


Bizi "telegram"da izləyin