İraqda "Castrol" neft bazası PUA-larla vurulub

2026/03/1774944318.jpg
Oxunub: 448     12:55     01 Aprel 2026    
İraq Kürdüstanının paytaxtı Ərbildə üç ədəd pilotsuz uçuş aparatı (PUA) Böyük Britaniyanın "Castrol" şirkətinə məxsus neft anbarlarını vurub.

Bu barədə Ordu.az xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, koordinasiyalı hücumlar eyni obyektə yönəldilib, dördüncü PUA həmin əraziyə çatmamışdan əvvəl ələ keçirilib.

Qeyd olunub ki, xeyli miqdarda neft və logistika materialları məhv edilib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   PUA  


Bizi "telegram"da izləyin