Ordu.az xəbər verir ki, bu barədə erməni ədliyyə general-mayoru Tatul Petrosyan bildirib.
“Baxın, onlar əraziləri rahatlıqla güzəştə gedə bilmək üçün konstitusiya əksəriyyətinə sahib olmaq istəyirlər. İndi sərhəd müəyyənləşdirilməsi işlərini aparmırlar, yenidən seçilməyi gözləyirlər. Əmin olun ki, bundan sonra həmin işi görəcəklər”, - deyə o qeyd edib.
Petrosyan bildirib ki, Konstitusiyada üç qrup maddə var: dəyişdirilməz maddələr, parlament vasitəsilə dəyişdirilən maddələr və yalnız referendum yolu ilə dəyişdirilə bilən maddələr.
“İndi onlar konstitusiya əksəriyyəti əldə etmək istəyirlər ki, ondan sonra parlament vasitəsilə konstitusiyada dəyişiklik edə bilsinlər və Bəyannaməni də konstitusiyadan çıxarsınlar. Yəni, hətta referenduma da getməyəcəklər. Çünki əmindirlər ki, referendum prosesi çox daha mürəkkəb olacaq. Referendumda səsvermə hüququ olan əhalinin azı 50%-i iştirak etməli və onlardan 50% + 1 nəfəri lehinə səs verməlidir ki, bu da az ehtimal olunur.
Başqa sözlə, parlamentdə konstitusiya əksəriyyəti qazanmaqla onlar konstitusiyanı alt-üst edəcəklər, həm konstitusiyanın bəyannaməsini çıxaracaqlar, həm də kilsənin müstəsna rolunu ləğv edəcəklər. Bu yolla ürəkləri nə istəsə, onu da edəcəklər”, - deyə Petrosyan vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az