ANAMA-nın əməkdaşı Xocalıda qəzaya düşərək ölüb

2026/03/1774882966.jpg
Oxunub: 398     18:40     30 Mart 2026    
Xocalıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ordu.az xəbər verir ki, qəza zamanı həyatını itirən şəxs Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olub.

Belə ki, ANAMA əməkdaşı Elnur Rüstəmov idarə etdiyi yük daşıyan avtomobillə Xocalı rayon ərazisində hərəkətdə olarkən idarəetməni itirərək yoldan çıxıb. Qəza nəticəsində E. Rüstəmov hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ANAMA   Xocalı  


Bizi "telegram"da izləyin