“Al Hadath”: Beyrutda İsrail PUA-sının zərbəsi nəticəsində “Hizbullah” rəhbərliyinin üzvü öldürülüb
Oxunub: 377
14:59
30 Mart 2026
İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Beyruta endirilən zərbə zamanı şiə “Hizbullah” təşkilatının rəhbərliyində təmsil olunan şəxslərdən birini öldürüb.
Ordu.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Telekanal həlak olan şəxsin adını açıqlamayıb. Məlumata görə, zərbə “Hizbullah”ın Dahiya adlanan cənub ətrafındakı qərargah ofisinə endirilib.