"İran indiyə qədər ABŞ ilə birbaşa müzakirə aparmayıb" - Bəqai

2025/06/1751271322.jpg
Oxunub: 340     13:46     30 Mart 2026    
İran indiyə qədər ABŞ ilə heç bir birbaşa şəkildə müzakirə aparmaıb.

Ordu.az-ın məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, indiyə qədər vasitəçilər tərəfindən ABŞ-nin müzakirə aparması ilə bağlı bəzi müraciətlər daxil olub.

Bəqai bildirib ki, ABŞ-də diplomatiyaya hansı səviyyədə önəm verildiyi İran üçün aydın deyil. Davamlı şəkildə mövqeyi dəyişən tərəf qarşısında İranın mövqeyi isə tamamilə aydındır.

“Region ölkələrinin müharibəyə son qoyulmasına önəm vermələri önəmlidir. Lakin müharibəni başlayan tərəf İran olmayıb”, - deyə o qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin