Ordu.az xəbər verir ki, bu barədə SANA agentliyi xəbər verir.
"Hər iki tərəf əməkdaşlığın genişləndirilməsində və müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətin aktivləşdirilməsində maraqlı olduqlarını ifadə ediblər", - agentlik qeyd edir.
Əhməd əş-Şəraa həmçinin Berlində keçirilən Alman-Suriya biznes forumunda iştirak edib.
O, Suriyanın ölkəyə investisiyaları stimullaşdırmaq məqsədilə investisiya qanunvericiliyinə əhəmiyyətli düzəlişlər etdiyini bildirib.
"Biz Suriyaya investisiyaları sadələşdirmək və təşviq etmək üçün investisiya qanununa çoxsaylı düzəlişlər etmişik", - o qeyd edib və ölkənin "infrastruktura və neft-qaz ehtiyatlarına əhəmiyyətli investisiya imkanları təklif etdiyini" əlavə edib.
Ordu.az