İshaq Dar sabah Çinə səfər edəcək

2024/05/1717057575.jpg
Oxunub: 428     13:31     30 Mart 2026    
Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar martın 31-də Çinə səfər edəcək.

Bu barədə Ordu.az Pakistan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Səfər Çinin xarici işlər naziri Van İnin dəvəti ilə baş tutacaq.

XİN-dən verilən məlumata görə, Pakistanla Çin arasında regional və beynəlxalq məsələlər üzrə sıx koordinasiya və müntəzəm məsləhətləşmələrlə xarakterizə olunan hərtərəfli strateji tərəfdaşlıq mövcuddur.

"Bu kontekstdə qarşıdakı səfər tərəflərə regional vəziyyət, eləcə də qarşılıqlı maraq kəsb edən ikitərəfli və qlobal məsələlərə dair müzakirələr aparmağa imkanı verəcək", - məlumatda qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İshaq-Dar   Çin  


Bizi "telegram"da izləyin