İsrail son iki gündə İranda 40-dan çox silah istehsalı obyektini vurduğunu açıqlayıb

2026/03/1774076489.jpg
Oxunub: 421     13:13     30 Mart 2026    
İsrail Müdafiə Qüvvələri (IDF) ABŞ ilə birlikdə həyata keçirdiyi əməliyyatlar çərçivəsində İran ərazisində son iki gün ərzində 40-dan çox silah istehsalı obyektini hədəf aldığını açıqlayıb.

Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, ordudan verilən məlumata görə, İrana qarşı hava hücumları intensiv şəkildə davam etdirilir və bu əməliyyatlar ABŞ ilə koordinasiyalı şəkildə həyata keçirilir.

Açıqlamaya əsasən, ötən gecə İranın paytaxtı Tehran şəhərinə təşkil edilən hava zərbələri zamanı müxtəlif silah istehsalı obyektlərinə 80-dən çox bombanın atıldığı irəli sürülüb.

Məlumata görə, hücumlar zamanı uzun mənzilli zenit raketlərinin yığılması zavodu, tank əleyhinə və hava hücumundan müdafiə raketlərinin komponentlərinin istehsal edildiyi müəssisələr, eləcə də ballistik raket mühərriklərinin istehsal olunduğu kompleks hədəf alınıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran  


Bizi "telegram"da izləyin