İraqda ABŞ diplomatik obyektlərinə zərbələr endirilib

2025/10/1760155380.jpg
Oxunub: 397     12:49     30 Mart 2026    
İraqda Bağdad Beynəlxalq Hava Limanı yaxınlığında yerləşən ABŞ səfirliyinin logistika mərkəzinə və Ərbildə (İraq Kürdüstanı) ABŞ baş konsulluğuna zərbələr endirilib.

Ordu.az xəbər verir ki, bu barədə “Shafaq News” portalı məlumat yayıb.

Portalın məlumatına görə, konsulluğa hücum edən pilotsuz uçuş aparatı uğurla zərərsizləşdirilib, dəyən ziyan barədə isə məlumat verilməyib. Son bir neçə saat ərzində Bağdad hava limanı ərazisində bir neçə dron vurulub.

Portal hələlik hücumların nəticələri ilə bağlı əlavə məlumat təqdim etməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   ABŞ  


Bizi "telegram"da izləyin