Ordu.az xəbər verir ki, bu barədə İsrailin “I24 News” kanalı məlumat yayıb.
“Bütün variantlar masadadır. Hər şey prezidentin qərarından asılıdır”, - deyə ABŞ mənbələrindən biri bildirib və əlavə edib ki, həm hərbi, həm də diplomatik həll variantları nəzərdən keçirilir.
Mümkün əməliyyatın vaxtı ilə bağlı detalları açıqlanmayıb.
Son vaxtlar mümkün quru əməliyyatı ilə bağlı qeyri-rəsmi məlumatlar artıb. İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf isə ABŞ-ni eskalasiyaya hazırlaşmaqda ittiham edib.
“New York Times” qəzetinin məlumatına görə, 2500 dəniz piyadası və 2500 dənizçinin bölgəyə göndərilməsi ABŞ hərbçilərinin sayını 50 mindən çox səviyyədə saxlayır.
Adətən regionda təxminən 40 min amerikalı hərbçi olur, lakin müharibənin kəskinləşməsi ilə bu rəqəm artıb.
Ötən həftə Pentaqon 82-ci hava-desant diviziyasından təxminən 2000 hərbçinin də bölgəyə göndərilməsi barədə qərar verib. Onların yerləşdiyi məkan açıqlanmır, lakin İranın zərbə radiusunda olacaqları bildirilir.
Bu qüvvələr İranın əsas neft ixrac mərkəzi olan Xarq adasının ələ keçirilməsi və ya digər quru əməliyyatlarında istifadə oluna bilər.
Bununla belə, hərbi ekspertlər qeyd edirlər ki, 50 minlik qüvvə belə İran kimi böyük və güclü ölkəyə qarşı genişmiqyaslı quru əməliyyatı üçün kifayət deyil.
Sevinc Əliyeva
Ordu.az