Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Ayrı bir hadisədə isə həmin ərazidə pilotsuz uçuş aparatının yaxınlığa düşməsi nəticəsində bir hərbçi ağır, iki nəfər isə orta dərəcəli xəsarət alıb.
Ordu bildirib ki, başqa bir hərbçi isə Cənubi Livanda “əməliyyat qəzası” kimi qiymətləndirilən hadisə nəticəsində orta dərəcəli yaralanıb.
Bütün yaralılar müalicə üçün xəstəxanalara təxliyə olunub və onların ailələrinə məlumat verilib.
Fevralın 28-dən İsrail və ABŞ-ın İrana qarşı başladığı hücumlardan sonra regionda gərginlik davam edir. Bu müddət ərzində 1340-dan çox insan həlak olub, onların arasında ali dini lider Ayətullah Əli Xameneyi də var.
İran cavab olaraq İsrail, İordaniya, İraq və ABŞ hərbi obyektlərinin yerləşdiyi Körfəz ölkələrinə raket və dron zərbələri endirib, nəticədə insan tələfatı və infrastruktur zərəri baş verib, həmçinin qlobal bazarlar və aviasiya sahəsi zərər görüb.
Sevinc Əliyeva
Ordu.az