SEPAH İran Hərbi Dəniz Qüvvələrinin komandanı Təngsirinin ölümünü təsdiqləyib

2026/03/1774858136.jpg
Oxunub: 450     11:50     30 Mart 2026    
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Əlirza Təngsirinin həlak olduğunu təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə TASS İranın dövlət teleradio şirkətinə istinadən məlumat yayıb.

"Kontr-admiral Əlirza Təngsiri ölümcül xəsarətlər alıb", - SEPAH-ın bəyanatında deyilir.

Qeyd edək ki, martın 26-da İsrailin müdafiə naziri İsrael Kats və Pentaqonun rəhbəri Pit Heqset Təngsirinin öldürüldüyünü bildirmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SEPAH   Təngsiri  


Bizi "telegram"da izləyin