İsrail Səhiyyə Nazirliyi: Son 24 saatda İranla müharibə nəticəsində 232 nəfər xəsarətlə xəstəxanaya yerləşdirilib

2026/03/1774857627.jpg
Oxunub: 471     11:59     30 Mart 2026    
Səhiyyə Nazirliyi bildirir ki, son 24 saat ərzində İranla münaqişə nəticəsində 232 yaralı xəstəxanalara yerləşdirilib və bununla da döyüşlər səbəbilə hospitalizasiya olunanların ümumi sayı 6000-i keçib.

Ordu.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Son bir gün ərzində xəstəxanalarda müalicə alanlardan ikisinin vəziyyəti ağır, səkkizinin vəziyyəti orta, 215 nəfərin vəziyyəti isə qənaətbəxşdir.

BƏƏ-nin 7 İran raketini və 16 dronu zərərsizləşdirdiyi də bildirilir. Yeddi nəfərə isə təşviş (panika) səbəbilə tibbi yardım göstərilib.

Nazirlik qeyd edir ki, fevralın 28-də İranla müharibə başlayandan bəri 6008 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 121-i hazırda müalicə alır.

Nazirlik xəsarətlərin səbəbləri üzrə bölgü təqdim etmir və qeyd edir ki, bəzi yaralanmalar insanların sığınacaqlara çatmağa çalışarkən baş verə bilər, yəni birbaşa İranın raket hücumları və ya Livandan atılan raketlərlə bağlı olmaya bilər.

Statistikaya həm hərbçilər, həm də mülki şəxslər daxildir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran  


Bizi "telegram"da izləyin