Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, martın 29-da təqdim olunan təkliflərə boğazdan ödənişli keçid sisteminin tətbiqi (Süveyş kanalı nümunəsində) də daxildir.
“Reuters”in mənbələri həmçinin bildiriblər ki, Türkiyə, Misir və Səudiyyə Ərəbistanı Hörmüz boğazı vasitəsilə neft məhsullarının daşınmasının idarə olunması üçün konsorsium yaradılması imkanını nəzərdən keçirirlər. Bu məsələ həm ABŞ, həm də İran nümayəndə heyətləri ilə müzakirə olunub.
Sevinc Əliyeva
Ordu.az