Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Görüşlər zamanı iraqlı rəsmilər bir çox sistemlə yaxından tanış olublar.
MKE-nin baş direktoru İlhami Keleş və komandası tərəfindən qarşılanan İraq Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı səfər çərçivəsində, ilk növbədə, MKE TOLGA Yaxın Hava Hücumundan Müdafiə Sistemi olmaqla məhsullar və şirkətin imkanları barədə ətraflı məlumat alıb.
Görüşlər zamanı İraq nümayəndə heyəti ilə potensial əməkdaşlıq imkanları da müzakirə edilib.
MKE TOLGA Yaxın Hava Hücumundan Müdafiə Sistemi son aylarda Qətər və Misirdən sonra Səudiyyə Ərəbistanına da ixrac olunub. Sistem beynəlxalq bazarda böyük maraq görməkdə davam edir.
Bundan əlavə, bu həftə Almaniya, Rumıniya, Qırğızıstan, Litva və Nigerdən gələn hərbi və rəsmi nümayəndə heyətləri də MKE-ni ziyarət ediblər. Görüşlərdə şirkətin istehsal imkanları və məhsul portfeli barədə məlumat mübadiləsi aparılıb, potensial əməkdaşlıq, birgə istehsal və tədarük prosesləri üzrə qarşılıqlı qiymətləndirmələr həyata keçirilib.
Sevinc Əliyeva
Ordu.az