İranda silahlı hücum planlaşdırmaqda ittiham olunan iki şəxs edam edilib

2025/06/1749545747.jpg
Oxunub: 397     10:18     30 Mart 2026    
İranda "Mücahidin-e Xalq" müxalifət təşkilatı (İran Xalq Mücahidləri Təşkilatı) ilə əlaqədə ittiham olunan iki nəfər edam edilib.

Ordu.az xəbər verir ki, bu barədə "Reuters" İranın Məhkəmə Hakimiyyəti İnformasiya Agentliyinə istinadən məlumat yayıb.

İttihamnaməyə əsasən, edam edilənlər Tehranda əldəqayırma qurğulardan istifadə etməklə silahlı hücumlar planlaşırıblar.

Onların saxlanılma tarixi də daxil olmaqla digər təfərrüatlar açıqlanmır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Edam  


Bizi "telegram"da izləyin