Nikola Uillis: "Yaxın Şərqdəki münaqişə inflyasiyanı ciddi şəkildə artıra bilər"

2026/03/1774850757.jpg
Oxunub: 388     09:48     30 Mart 2026    
Yeni Zelandiyanın maliyyə naziri Nikola Uillis Yaxın Şərqdəki uzunmüddətli münaqişə və qlobal təchizat zəncirlərindəki fasilələr fonunda inflyasiyanın kəskin artma ehtimalı barədə xəbərdarlıq edib.

Ordu.az-ın məlumatına görə, o bildirib ki, təchizatda ciddi pozuntularla müşayiət olunan daha uzunmüddətli münaqişə ssenarisində inflyasiya əvvəlki proqnozları xeyli üstələyə bilər.

"Bu il inflyasiyanın xeyli yüksələcəyi və hədəf diapazonundan kənarda qalacağı gözlənilir", - Uillis qeyd edib.

Son məlumatlara görə, dördüncü rübdə inflyasiya artıq 3,1 % təşkil edərək Mərkəzi Bankın 1-3 % səviyyəsindəki hədəf diapazonunu keçib. Enerji daşıyıcılarının bahalaşması fonunda bazarlar yaxın gələcəkdə pul-kredit siyasətinin sərtləşdiriləcəyini mümkün hesab edirlər.

Bununla belə, nazir konkret proqnoz göstəricilərini açıqlamayaraq xəzinədarlığın hələ yekun ssenarini müəyyənləşdirmədiyini vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Uillis   Yaxın-Şərq  


Bizi "telegram"da izləyin