Ordu.az baş verən inkişafları təqdim edir:
ABŞ prezidenti Donald Tramp bildirib ki, İran Vaşinqtonun vasitəçiliyi ilə irəli sürülən planın böyük hissəsi ilə razılaşıb: “Onlar proqram üzrə bizimlə razılaşıblar. Biz 15 bənd tələb etmişdik və əslində daha bir neçəsini də tələb edəcəyik”.
Tramp həmçinin hesab edir ki, ABŞ əməliyyatı İranda artıq rejim dəyişikliyinə gətirib çıxarıb və yeni rəhbərlik “ağıllıdır”.
“The New York Times” nəşrinin məlumatına görə, Pentaqon Yaxın Şərqə bir neçə yüz xüsusi təyinatlı qüvvə yerləşdirib.
İslam İnqilabı Keşikçiləri Korpusu isə “yüksək dəyərli” ABŞ hədəflərinə yeni zərbələr endiriləcəyini bildirib: “ABŞ radarlarının və logistikasının sıradan çıxarılması, həmçinin itkilərin artması davam edir. İranın kəşfiyyat və zərbə əməliyyatlarında üstünlüyünü nəzərə alaraq, ABŞ-nin İran sərhədlərindən geri çəkilməkdən başqa seçimi yoxdur. Bu siyahıya tezliklə digər yüksək dəyərli hədəflər də əlavə olunacaq”.
Sevinc Əliyeva
Ordu.az