Ordu.az xəbər verir ki, bunu erməni hərbçinin nənəsi Ermənistanın Baş naziri Nikol Paşinyana müraciət edərək bildirib.
O qeyd edib ki, narahatlığı yalnız öz nəvəsi ilə bağlı deyil, ümumilikdə ölkənin bütün gəncləri ilə bağlıdır və bu bəyanatlar onda ciddi qorxu yaradır.
“Əgər mən sizi seçirəmsə, amma əksəriyyət seçmirsə, onda düşünməliyəm ki, Paşinyan seçilmədi və müharibə olacaq”, - deyə erməni qadın vurğulayıb.
Paşinyan isə cavabında qeyd edib: “Mən demişəm ki, məsələ mənim olub-olmamağım deyil, əgər həmin qüvvələr hakimiyyətə gəlsə, bəli, bu mənim proqnozumdur və inamımdır. Buna görə də insanlar iyunun 7-də seçkilərə gedərək öz sülhlərini qorumalıdırlar”.
Alpər Mövludoğlu
Ordu.az