Ermənistanda 2026-cı ilin yay çağırışı və ehtiyata buraxılma müddətləri məlum olub

2024/02/1709191392.jpg
Oxunub: 483     12:16     28 Mart 2026    
Ermənistan Müdafiə Nazirliyi ictimai müzakirəyə bir layihə təqdim edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Layihədə 2026-cı ilin yay çağırışının təşkili və keçirilməsi prosesi, bu çərçivədə yaradılan qurumlar, həmçinin çağırışın təmin edilməsi istiqamətində görüləcək tədbirlər müəyyən edilir.

Çağırış 2026-cı il mayın 5-dən avqustun 15-dək (daxil olmaqla) elan ediləcək. 18 yaşı tamam olan, eləcə də əvvəllər verilmiş möhlət hüququ 2026-cı il iyunun 30-dək başa çatan kişi cinsli vətəndaşlar həqiqi hərbi xidmətə çağırılacaqlar.

2026-cı ilin yay çağırışı çərçivəsində, həmçinin 2026-cı il martın 1-dək könüllü əsaslarla hərbi xidmət keçmək üçün müraciət etmiş qadınlar və hərbi xidmətə getmək istədiyini bildirən kişi vətəndaşlar da çağırılacaqlar.

Eyni zamanda, 2026-cı il avqustun 15-dək (daxil olmaqla) qanunla müəyyən edilmiş müddətdə həqiqi və ya alternativ hərbi xidmət keçmiş hərbi qulluqçular ehtiyata buraxılacaqlar.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Ordu  


Bizi "telegram"da izləyin